Keçid linkləri

2025, 29 İyun, bazar, Bakı vaxtı 10:39

Yekaterinburqda azərbaycanlıların ölümü ilə nəticələnmiş reydlərə görə Rusiyaya 'kəskin' etiraz bildirilib


Yekaterinburqda Səfərov qardaşlarının ölümü – əməliyyat faciəyə necə çevrildi?
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Yekaterinburqda Səfərov qardaşlarının ölümü – əməliyyat faciəyə necə çevrildi?

İyunun 28-də Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Yekaterinburq şəhərində keçirilən əməliyyatlarla əlaqədar Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN bildirir ki, Rusiya tərəfinə iyunun 27-də azərbaycanlıların yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələrinin iki nəfəri qətlə yetirdiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin isə həbs edildiyi reydləri ilə bağlı "kəskin" etiraz bildirilib.

"Məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb", - XİN vurğulayıb.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, Yekaterinburqdakı saxlamalar cinayət işləri çərçivəsində həyata keçirilib. O, şübhəlilərin Rusiya vətəndaşları olduqlarını sözlərinə əlavə edib.

Nə baş verib?

Azərbaycan və Rusiyanın bəzi media orqanlarının məlumatına görə, iyunun 27-də səhər saat 5 radələrində Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Yekaterinburq şəhərində Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda və başqa yerlərdə əməliyyat keçirib. Mənzillərə basqın zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qətlə yetirildiyi, döyülmə nəticəsində səkkiz nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərovun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Hüseyn Səfərovun Azərbaycan, Ziyəddin Səfərovun isə Rusiya vətəndaşı olduqları deyilir.

Amma Rusiyanin bəzi media orqanlarinda yer alan iddialara görə, ölümlərdən biri saxlanmadan sonra ürəktutma nəticəsində baş verib.

Yekaterinburqda yaşayan Azərbaycan əsilli insanların verdikləri məlumata görə, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.

Rusiyanın rəsmi orqanları nə deyir

Rusiyanın e1.ru saytı saxlanılanların ümumilikdə 50 nəfərdən çox olduğunu yazıb.

"Onları tutub aparırlar. Bəziləri çağırılanda özləri gəlib, bəziləri isə gizlənir. Deyirlər, qatili axtarırlar. Baş idarədən bir dəstə polis, İstintaq Komitəsinin müstəntiqləri gəlib", - şahidlərdən biri E1.RU-ya bildirib.

Rusiya Federasiyasının regional İstintaq Komitəsi və Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsi birgə məlumatlarında iddia edirlər ki, əməliyyat ötən illərdə baş vermiş cinayətlərin araşdırılması çərçivəsində keçirilib və saxlananların bu işlərlə bağlılığı yoxlanır.

Rusiyanın sözügedən bölgəsinin mediası belə bir məlumat yayıb ki, ölənlərdən biri əməliyyatçıları görəndə ürəyini tutub və bu səbəbdən də vəfat edib, digərinin isə ölüm səbəbi aydınlaşdırılır.

"Telefonları əllərindən alınıb"

Qardaşlarını itirən "525-ci qəzet"in baş redaktor müavini, ədəbiyyatşünas Seyfəddin Hüseynli deyir ki, əməliyyat zamanı başqa yaxın qohumları da saxlanıb, hələ də onlardan bəzilərinin aqibətlərindən xəbərsizdir, cənazələrin təhvil alınması üçün isə danışıqlar gedir: "Evə basqınlar, şəhərin ən müxtəlif nöqtələrindəki məskənlərə basqınlar olanda bütün qadınların, uşaqların telefonları əllərindən alınıb ki, təcrid olunsunlar, əlaqə saxlaya bilməsinlər. Yəni, onları da girova, əsirə çeviriblər. Gecə saat 5-də olub bu basqın. Ora vaxtıyla gecə 5-də, səhərə yaxın. Kənarda qalanlar, telefonu olanlar məlumat verdi. Təəssüf ki, sonradan çox acınacaqlı məlumatlar gəldi. Əvvəlcə, həbs xəbəri, bu cür saxlanma, bu basqın, müsibət xəbəri gəldi, ardınca da itkilərimizlə bağlı məlumat aldıq".

S.Hüseynli deyir ki, hələlik, Rusiya tərəfdən adekvat davranış görmür, ölən yaxınının ürəktutmasından həyatını itirməsi məlumatını isə qəbul etmir. O qeyd edir ki, sözügedən hadisədən dərhal sonra Azərbaycan dövləti dəstəyini əsirgəməyib: "Xalqımıza bir gözdağı vermək, diasporamıza divan tutmaq meyli, mənim fikrimcə, burada özünü açıq-aydın göstərir. Heç bir halda, heç bir cinayət əməli - lap tutaq ki, olmuş olsa da, - nəzəri cəhətdən belə davranışa, insanları işgəncə altında öldürməyə əsas vermir".

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusitəyinatlı dəstəsi tərəfindən öldürülən azərbaycanlı Səfərov qardaşlarının cənazələrinin Bakıya gətirilməsi məsələsi ilə Azərbaycanın bu ölkədəki səfirliyi və Yekaterinburqdakı Baş konsulluğu məşğuldur.

XS
SM
MD
LG